Bakıda sabah bu ərazilərdə su olmayacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda sabah bu ərazilərdə su olmayacaq

Sabah Bakının bəzi rayonlarında içməli suyun verilməsində fasilələr olacaq.

“Azərsu” ASC-dən Publika.az-a verilən məllumata görə, 7 aprel tarixində saat 09:00-dan etibarən gün ərzində Xocalı prospekti, Xəqani Rüstəmov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Fasilələrin yaranması “Ağ şəhər” yaşayış massivinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsindən keçən magistral su xətti üzərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm