“Qadın ortaqlarının” ölümlə bitən “eşq macərası” - MƏHKƏMƏ
Bizi izləyin

Qırmızı.az

“Qadın ortaqlarının” ölümlə bitən “eşq macərası” - MƏHKƏMƏ

Quba rayonunu Hil kəndinin sakini Oder Xazrıyev dostu Aydın Durxanovu döyərək qətlə yetirib.

Publika.az xəbər verir ki, Oder Xazrıyev Xaçmaz rayonunun Nabran kəndində yaşayan Olqa İvanovanın evinə gəlib.

Oder Xazrıyev özü ilə gətirdiyi 4 şüşə içkini Aydın Durxanov və digər şəxslərlə birlikdə içdikdən sonra Olqa ilə evin arxa tərəfində olan otağa keçərək, cinsi əlaqədə olub. Onlar cinsi əlaqədə olduqları vaxt Aydın Durxanov otağın qapısını sındıraraq, içəri daxil olub və Olqa ilə cinsi əlaqədə olmaq istədiyini bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Nəticədə, Oder Xazrıyev Aydını döyərək qətlə yetirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsini 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

“Olqa ilə cinsi əlaqədə olmuşuq”

Oder Xazrıyev elan olunan ittiham üzrə özünü təqsirli bilib: “ Nabran kəndində yaşayan Olqa İvanovna ilə 4-5 ildir tanış idim. Olqa ilə tez-tez Nabran kəndində görüşürdük. Onun anası Valentinanı, evlərində qalan şikəst Sergey Nikolayeviçi və Sergeyi tanıyıram. Bir iki aydır ki, Olqanın yaşadığı evə gəlib-gedən Aydınla tanış oldum. Hər ikimiz Olqanın yaşadığı evə gələndə özümüz ilə araq və qəlyanaltı alıb gətirir, yeyib-içəndən sonra Olqa ilə cinsi əlaqədə olurduq.

Ötən il oktyabrın 31-də səhər saat 9 radələrində yenə Olqanın evinə gəldim. Onların evində Olqadan başqa anası Valya, əmisi Sergey var idi. Bir qədər sonra Rauf adlı şəxs də oraya gəldi. Olqanın evinə gələndə Xudat şəhərində dükandan spirtli içki, eləcə də toyuq budu, çörək almışdım. Gətirdiyim içkini Olqa, Valya və Sergeylə içdik. Sonra Olqa ilə birgə yataq otağına keçib qapını arxadan bağladıq. Biz otağa keçəndən sonra Aydın da Olqanın evinə gəlib.

Gecə saat 23-24 radələrində Aydın yataq otağının qapını açıb otağa girmək istəsə də, biz onu içəri buraxmadıq. Bu zaman Aydın qapını sındıraraq içəri girdi. Aydın “daha bəsdir, məndə Olqa ilə olmaq istəyirəm”, deyə bağırdı. Başıma butulka ilə vurdu və aldığım zərbədən yerə yıxıldım. Ayağa qalxaraq Aydını döyməyə başladım. Aydını yumruqla, təpiklə və taburetlə döydüm. Olqa köməyə adam çağırmaq üçün qışqıra-qışqıra otaqdan çıxdı. Aydın o qədər döydüm ki, qanı üstümə töküldü. Onu təxminən 4-5 saat döydüm. Vurduğum zərbələrin təsirindən o öldü”.

“Aydın içkiyə meyilli idi”

Məhkəmədə ifadə verən Aydının bacısı Gülnaz Duraxanova bildirib ki, qardaşı əvvəllər onlara tez-tez gedib-gəlirdi.

“Eşitdiyimə görə, Aydın Nabran kəndində müxtəlif yerlərdə işləyib. Aydın əvvəllər evli olub, lakin sonradan boşanıb. Aydının ayrı-ayrı nikahdan üç övladı var. O, içkiyə meyilli idi. Nabran kəndində bizə yaxın olan adamlar zəng edib bildirdilər ki, Aydını öldürüblər. Meyiti Xudat şəhər xəstəxanasının meyitxanasında idi. Bundan sonra qardaşım Aydının meyitini götürmək üçün ora gəldim. Sonradan mənə məlum oldu ki, qardaşımı Qusar rayon Hil kəndinin sakini Oder Xazrıyev öldürüb”.

“Oder mənimlə cinsi əlaqədə olmaq istədi”

Cinayət işində adı hallanan Olqa bildirib ki, əvvəllər Bakı şəhərində yaşayıb, sonradan evlərini sataraq ailəsi ilə birgə Nabrana köçüblər.

“2005-ci ilin noyabrın 23-də mənə məxsus olan ev yandı. Həmin yanğın zamanı atam və qardaşım öldü. Aydın Durxanovu 3-4 ay, Oder Xazrıyevi isə iki ildən çox idi tanıyırdım. Mən onların hər ikisi ilə cinsi əlaqədə olurdum. Əvəzində isə onlar mənə ərzaq və spirtli içki gətirirdilər.

Hadisə baş verən gün Oder bizə gəldi. Spirtli içki və ərzaq da gətirmişdi. Birlikdə yeyib-içdik. Bir qədər keçəndən sonra Aydın da gəldi. Aydın gələnə qədər Oderlə yataq otağında cinsi əlaqədə oldum. Sonra qonaqlıq olan otağa qayıtdım. Az sonra Aydınla birgə digər otağa keçdim. Oder mənim Aydınla olduğum otağa girdi və onunla mübahisə etməyə başladı. Oder mənimlə cinsi əlaqədə olmaq istədi, lakin Aydın buna imkan vermədi. Sonra Aydınla Oder Azərbaycan dilində danışdıqları üçün onları başa düşmədim. Fikirləşdim ki, mənim üstümdə mübahisə edirlər. Aydın bərk sərxoş idi, Oder Aydının sifətindən vurmağa başladı. Bu zaman qışqırdım və otaqdan çıxdım. Oder Aydını döyə-dəyə qətlə yetirdi”.

Məhkəmənin hökmü ilə Oder Xazrıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm