TQDK online sınaq imtahanı keçirəcək
Bizi izləyin

Qırmızı.az

TQDK online sınaq imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan bakalavrlar üçün online sınaq imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətinin yaydığı məlumata görə, qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm