• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müharibə veteranı evindən bayraq asdı - FOTOLAR

Müharibə veteranı evindən bayraq asdı - FOTOLAR

Paytaxtın Xəzər rayonu Bağlar (Albalılıq) yaşayış massivinin sakini üçrəngli bayrağımızı yaşadığı evin qapısı üzərindən asıb.

Publika.az xəbər verir ki, Dövlət Bayrağı günü – 9 noyabrda ənənə halını alan bu addım Qarabağ müharibəsi iştirakçısı Məhərrəm Səmədov üçün qürur məsələsidir, həyatının bir hissəsidir.

Səmədovlar ailəsi bu barədə danışmaq istəməsələr də, həmin addımı üçrəngli bayrağımıza sevgi və ehtiram kimi xarakterizə etdilər.

Qonşular Qarabağ uğrunda döyüşlərdə yaralanmış Məhərrəm Səmədovun bayrağa xüsusi diqqət və hörmət göstərdiyini bildirdilər. Onların sözlərinə görə, müharibə veteranı bu hərəkəti ilə bayrağımıza sevgi və hörməti sakinlər arasında təbliğ etməyə çalışır.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR