• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Erməni əsirin məhkəməsi qapalı keçiriləcək - FOTOLAR (YENİLƏNİB)

Erməni əsirin məhkəməsi qapalı keçiriləcək - FOTOLAR (YENİLƏNİB)

Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə aprelin 13-də keçiriləcək.

Kəpəz TV-nin verdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə iclası qapalı olacaq.

Bu gün keçirilən hazırlıq iclasında 1994-cü il aprelin 23-də Azərbaycan Respublikası Xankəndi şəhərində anadan olan Arsen Baqdasaryana dövlət ittihamçısı Anar Mirzəyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham elan edilib.

Əsir götürülən kəşfiyyatçının müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Ramiz Abdullayevdir.

***

Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçısı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı keçirilir.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı keçirilir.

Məhkəməyə hazırlıq iclası hakimlər Elbəy Allahverdiyevin sədrliyi, Zabil Qasımov və Elmin Rüstəmovun iştirakı ilə təşkil olunub.

Erməni kəşfiyyatçı Arsen Baqdasaryan iclasda iştirak edəcək. O, tərcüməçi və vəkillə təmin edilib. Arsen Baqdasaryan Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında xüsusi kamerada saxlanılır.

Hazırlıq iclasında məhkəmənin qapalı və ya açıq keçirilməsi məsələsi də müzakirə olunur. Bundan sonra KİV-in məhkəmə prosesini işıqlandıra bilib-bilməyəcəyi aydın olacaq.

Qeyd edək ki, 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.

Arsen Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə təqsirli bilinir. Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb.

Törətdiyi əməllərə görə Arsen Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR