Təhsil naziri narahatdır: "Ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur"
Bizi izləyin

Qırmızı.az

Təhsil naziri narahatdır: "Ali təhsil müəssisələrində 30 yaşa qədər elmlər doktoru yoxdur"

Qloballaşan dövrdə elmin, elmi tutumlu fəaliyyət növlərinin əhəmiyyəti artır. Artıq həyatın istənilən sahəsində elmi nailiyyətlərə əsaslanaraq, elmi tutumlu məhsulların artırılması göz önündədir. Düşünürəm ki, bu proses getdikcə sürətlənəcək. Azərbaycanda bu sahədə görülən işlər göstərir ki, dünyada gedən proseslərə hazırıq, amma görüləcək işlərə gəldikdə, elm adamları ilə fikir mübadiləsi aparmağa ehtiyac var.

Publika.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, 2009-cu ildə “Təhsil haqında” qanunda göstərildiyi kimi doktorantura ali təhsilin ən yüksək pilləsidir. 27 ali təhsil və tədqiqat müəssisələrində çalışacaq kadrların 50%-i formalaşıb.

“Ənənəvi olaraq “maksimum bilik fəlsəfəsindən optimal biliyə” prinsipini əsas tutmaq vaxtı çatıb. Bu baxımdan, elmin praktik tətbiqi məsələsi, nəzəri biliklərə əsaslanan praktik imkanların axtarılması və onların təhsil sistemində tətbiqinin axtarışında olmalıyıq. Bu gün dünyada təbii resurslar sahəsində olduğu kimi, insan resursları üzərində də bir rəqabət var. Hər bir sahədə müstəqil siyasət həyata keçirən dövlətimiz istər bu gün, istərsə də gələcəkdə öz sözünü deməlidir. Təhsil sistemində istər aparıcı, istər müəllim potensialına baxanda gənclərin bu sahədə iştirakı bizi qane etmir. Ali təhsil müəssisələrinin 30 yaşa qədər elmlər doktoru yoxdur, 61 yaşdan sonra isə bu rəqəm 64 faizdir”.

Nazir həmçinin gənclərin elmə cəlb edilməsi problemlərinə də toxunub.

“Bu statistikada bizi narahat edən məqamların səbəbi son illər cəmiyyətimizin bir iqtisadi qrupdan digərinə keçməsidir. Uzun müddət insanlar peşə seçimini elmi nailiyyət baxımından deyil, daha çox gəlir əldə etmək məqsədi daşıyıb. Düzdür, bu, yeganə cavab deyil. Bu gün dövlətin dəstək mexanizmlərinə baxmayaraq, daha müasir, istedadlı gəncləri, tələbələri elmə cəlb edəcək layihələr həyata keçirilməlidir. Bəzən ali təhsil müəssisəsində kafedra rəhbərliyi digər ali təhsil müəssisələrində və ya dövlət qulluğu sahəsində çalışan şəxslər tərəfindən tutulur. Dünya elminə inteqrasiya baxımından Azərbaycanda mühüm nailiyyətlər həyata keçirilir. Xüsusilə ölkədən kənarda tədqiqat aparmış şəxslərin inteqrasiya məsələləri vacibdir. İstənilən tədqiqat mövzusunu həyata keçirmək üçün bürokratik əngəllərin daha rahat dəf edilməsi istiqamətində çalışmalıyıq. Bu məsələdə dövlət qurumlarının üzərinə vəzifə düşür”,- nazir bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm