Akif Əlizadə: “Tədris proqramları elmin nailiyyətləri ilə ayaqlaşmır”
Bizi izləyin

Qırmızı.az

Akif Əlizadə: “Tədris proqramları elmin nailiyyətləri ilə ayaqlaşmır”

“Bu il elmimiz üçün xüsusi bir ildir. Akademiya 70 illik yubileyinə hazırlaşır. Müəyyən səbəblərdən mart ayında qeyd olunmalı olan tədbir noyabr ayına təxirə salındı. Artıq gün də bəllidir, AMEA-nın 70 illik yubileyi noyabrın 25-də keçiriləcək”.

Publika.az xəbər verir ki, bunu AMEA prezidenti Akif Əlizadə Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransında çıxışı zamanı deyib.

AMEA-da aparılan islahatlardan danışan A.Əlizadə bildirib ki, bu elm ocağının 40-a qədər elmi-tədqiqat müəssisəsi var, yeni elmi-tədqiqat mərkəzi Qubada açılacaq. Akademiya alimlərinin dünya elminə verdiyi töhfələr artır. Bu il ilk dəfə təşkil ediləcək magistratura təhsili son dərəcə vacibdir. Eləcə də yaxın zamanda Akademiyaya gimnaziya ayrılması barədə Təhsil Nazirliyinə müraciət etmişik ki, alimlərimiz həmin gimnaziyada hazırlansın. Lakin bütün yeniliklərlə yanaşı, hesab edirik ki, tədris proqramları bu gün kifayət etmir. Tədris proqramları elmin nailiyylətləri ilə bir səviyyəyə gətirilməlidir. İnkişaf üçün elm və tədqiqat birlikdə olmalıdır”.

A.Əlizadə bu ildən doktoranturaya qəbulda tətbiq ediləcək yenilyin səbəbinə də aydınlıq gətirib: “Bu yenilik elmin inkişafına yönəlib. Doktoranturaya qəbul prosesində müşahidə etdiyimiz məqam bizi bu yeniliyi tətbiq etməyə vadar edib. Bu gün alimlərin ingilis dilini zəif bilməsinin və rus dilini yaddan çıxmasının müşahidə edirik. Bu isə birbaşa elmi tədqiqata təsir edir”.

AMEA prezidenti onu da bildirib ki, bu yeniliklər fonunda AMEA yubileyinə hazırlaşır. Bu illər ərzində AMEA-nın 600-dən çox üzvü olub.

Gulxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm