• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Polis Andranikin şəkli olan loqonu sökdü - HADİSƏ YERİNDƏN

Polis Andranikin şəkli olan loqonu sökdü - HADİSƏ YERİNDƏN

Bakıda Andranikin şəkli olan barda polis araşdırma aparır.

Publika.az-ın əməkdaşının verdiyi məlumata görə, məsələ ilə əlaqədar post-patrul xidmətinin əməkdaşları əraziyə gəlib və barın loqosu sökülüb.

Məsələ ilə bağlı barın rəhbərliyinin ifadəsi alınır.

Xatırladaq ki, Bakı şəhəri, A.Heydərov 23 ünvanında, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən "Montinburg" adlı pivə barı öz nişanına Andranikin şəklini vurub.

Fotolar "Facebook" sosial şəbəkəsində, QHT xəbər saytının baş redaktoru, tanınmış aktivist Sənan Nəcəfov tərəfindən paylaşılıb.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR