Sabah bu ərazilərdə qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Sabah bu ərazilərdə qaz olmayacaq

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

Publika.az SOCAR-ın saytına istinadən məlumat verir ki, aprelin 8-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zirə-3”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq” və “Tərtər” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında, Qazax Magistral qaz kəmərləri sahəsinin “Alabaşlı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Cəlilabad”, “Sabirabad”, “Saatlı” və “İmişli” Qazpaylama stansiyalarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Cəlilabad şəhəri və Uzuntəpə kəndinin, Ağdam rayonunun Kətəlparaq kəndi və “Dördyol” qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin, Sabirabad, Saatlı, İmişli, Bərdə və Tərtər rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm