Bu rayonların qazı kəsiləcək
Bizi izləyin

Qırmızı.az

Bu rayonların qazı kəsiləcək

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, bu gün saat 13:00-dək Nərimanov, saat 18:00-dək Ağstafa və Qazax, işlər başa çatanadək isə Binəqədi və Suraxanı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədardır.

Qeyd edək ki, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 1 yanvar 2014-cü il tarixə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 647 min 906-a çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm