Qırmızı.az
Sinif otağını bufetə çevirən direktorun işi araşdırıldı - YEKUN RƏY
Biləsuvar rayonu Ovçubərə kənd tam orta məktəbinin direktoru Şahverənova Mənsurə Gülağa qızı vəzifə səlahiyyətlərindən sui-istifadə edir, maliyyə pozuntularına yol verir. Bu barədə saytımıza daxil olmuş məlumat Biləsuvar rayon təhsil şöbəsi tərəfindən araşdırılıb.
Şöbə müdiri Balaqardaş Kazımovun Publika.az-a verdiyi məlumata görə, artıq müəllimlərin və direktorun ifadələri alınıb.
“Aparılan sorğu nəticəsində şagirdlərdən pul alınması iddiası təsdiqini tapmayıb. İddiada qeyd olunduğu kimi, məktəbin sinif otaqları bufet kimi istifadə edilmir. Ümumiyyətlə, məktəbdə bufet fəaliyyət göstərmir. Sadəcə, otaqların biri anbar kimi istifadə edilir. Məktəbdə istifadə olunmayan əşyalar həmin otağa toplanır. Rayon mərkəzindən və digər kəndlərdən 7 müəllim həmin məktəbdə işləyir. Həmin müəllimlərin iki növbə arasında çay içib, yemək yeməsi üçün həmin otaqdan istifadə edilir. Şagirdlərin normal dərs keçməsi üçün sinif otaqlarının sayı yetərlidir”.
Şöbə müdiri bildirib ki, belə hadisələr məktəb daxilində iş prosesində yaşanan problemlərlə bağlı olur. Bu cür iddialar zaman-zaman olur və araşdırılıb, yekun rəy verilir. Bu dəfə aparılan araşdırmada iddialar təsdiqini tapmadı.
Xatırladaq ki, məktəb müəllimlərinin saytımıza müraciətində direktorun şagirdlərdən 10 manat pul alması, sinif otaqlarından biznes maraqları üçün istifadə etməsi qeyd olunmuşdu.
Gülxar
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY