• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ciblərinizi qoruyun: bu gün Beynəlxalq Qaraçı günüdür

Ciblərinizi qoruyun: bu gün Beynəlxalq Qaraçı günüdür

Bu gün Beynəlxalq Qaraçı günüdür.

"Report"un məlumatına görə, bu köçəri xalqın orijinallığını və mədəniyyətini qorumaq məqsədilə 1971-ci ildə Londonda Qaraçıların Beynəlxalq İttifaqı yaradılıb, qaraçılara bayraq və himn seçilib.

Qaraçılar Hind-Avropa mənşəli köçəri xalqlardandır. Onlar haqqında məlumat ilk dəfə 1501-ci ildə qeydə alınıb. Qaraçılar demək olar ki, bütün qitə və materiklərdə yaşayırlar.

Qaraçılar tarixən köçəri həyat tərzi sürüblər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olurlar. Qaraçıların özlərinə məxsus elə adət-ənənələri var ki, bunlar heç bir xalqa mənsub deyil. Hazırda dünyada qaraçıları məşhur edən musiqi və rəqsdən sonra faldır. Falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi həmişə maraq doğurur. Qaraçıların əksəriyyəti hipnoz etməyi yaxşı bilir və bunu heç də xeyirli məqsədlər üçün istifadə etmirlər. Bu səbəbdən də söhbət zamanı onların gözlərinin içinə baxmaq çox təhlükəlidir.

Dünyada qaraçıların ümumi sayı haqqında dəqiq rəqəmlər göstərilmir. Bunun səbəbi də onların daim köçəri həyat tərzi sürməsi və çox ölkədə onların qeydiyyata alınmamasıdır. Onların böyük hissəsi rəsmi sənədi olmadan yaşayır.

Qeyd edək ki, 2012-2014-cü illərə olan qeyri-rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır. Onlar iki qrupa bölünürlər: fars dilində danışanlar və kurmanc dilində danışanlar. Qaraçılar əsasən Yevlax, Ağdaş bölgələrində daha kompakt şəkildə yaşayırlar. Azərbaycanın ərazisi digər ölkələrə nisbətən daha balaca olduğundan onlar oturaq həyat tərzinə daha çox üstünlük verirlər.

Xatırladaq ki, Süleyman Sani Axundovun "Qaraca qız" hekayəsinin əsasında xeyirxah və cəsarətli yetim bir qaraçı qızının (Tutu) faciəli taleyindən danışılan film çəkilib və bu gün də sevilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR