BDU-da tələbələr aksiya keçirib
Bizi izləyin

Qırmızı.az

BDU-da tələbələr aksiya keçirib

BDU-da aksiya: 3 tələbə saxlanıldı

Bakı Dövlət Universitetində aksiya keçirilib. Aksiya iştirakçılarının Qaynar.info saytına verdikləri xəbərə görə, 500 yaxın tələbə iştirak edib.

Polis aksiyanı dağıdıb. Aksiya keçirilən yerə, polis tərəfindən xüsusi öyrədilmiş itlər cəlb edilib.

Aksiyada 4-ə yaxın tələbə saxlanılıb. Onlardan biri Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, aksiyaya səbəb kəsri olan tələbələrin kredit üçün əlavə pulun tələb olunmasıdır.

Hafta.az saytının məlumatına görə, BDU-da aksiya edən tələbələrdən 3 nəfəri mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlardan biri Tamerlan Baxşıyev adlı tələbədir. Digər iki nəfər haqqında isə məlumat yoxdur.

Qeyd edək ki, rektorun aksiyanı sakitləşdirmək məqsədi ilə səsləndirdiyi fikirləri etirazçı tələbələr fitlə qarşılayıblar.



BDU-nun narazı tələbələri hazırda mühafizə xidmətinin əməkdaşları tərəfindən sakitləşdirilir.


Universitetin rektoru Abel Məhərrəmov narazı tələbələrlə danışıqlar aparıb, onları sakit olmağa çağırıb.

Universitet rəhbəri bildirib ki, bütün problemlərin həlli üçün yardımçı olacaq.


Hazırda BDU tələbələrinin oturaq aksiyası davam edir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm