“Ağsaqqal”, “müəllim” tarixə qovuşur
Bizi izləyin

Qırmızı.az

“Ağsaqqal”, “müəllim” tarixə qovuşur

Azərbaycanda yeni müraciət forması hazırlanır.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin respublikada fəaliyyət göstərən informasiya agentlikləri, qəzetlərin redaktorları və nüfuzlu jurnalist təşkilatlarının rəhbərləri ilə görüşdə bildirilib.

Təklif olunub ki, turizm sahəsində müraciət formaları hazırlansın.

Bunun müsbət nəticə verəcəyini vurğulayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, nazirlik dilçilərlə birlikdə müzakirələr aparıb bununla bağlı müəyyən qərar versə, “ağsaqqal”, “müəllim” kimi müraciət formaları aradan qalxar.

Nazirin sözlərinə görə, “Turizm haqqında” yeni qanun layihəsi hazırlanır və sənəddə bu məsələ əksini tapacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm