Surət Hüseynovun dostunun silahı çardaqda tapıldı - GƏNCƏDƏ
Bizi izləyin

Qırmızı.az

Surət Hüseynovun dostunun silahı çardaqda tapıldı - GƏNCƏDƏ

Gəncə şəhər sakini tapdığı odlu silahı və vasitələrini polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində yaşayan Bahar İsmayıllı evinin çardağından tapdığı 1 ədəd "AKSU" markalı avtomat silahı, 155 ədəd müxtəlif çaplı patronu və 4 ədəd patron darağını könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə təhvil verib. Araşdırmalar zamanı evin əvvəllər İlqar Səfixanova məxsus olması müəyyən edilib.

Xatirladaq ki, İlqar Səfixanov bir müddət Azərbaycanın baş naziri postunu tutan və sonradan həbs edilən Surət Hüseynovun yaxın adamlarından olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm