Əli Abbasov Almaniyanın səfiri Haydrun Tempellə görüşdü
Bizi izləyin

Qırmızı.az

Əli Abbasov Almaniyanın səfiri Haydrun Tempellə görüşdü

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Almaniya Federativ Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri HaydrunTempellə görüşüb.

Bu barədə Publika.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Ölkələrimiz arasında yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyinibildirən nazir bu əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində genişləndirilməsi üçün qarşılıqlı marağın, həmçinin böyük potensialın olduğunu vurğulayıb.

Ölkəmizin sosial-iqtisadi inkişafı ilə yaxından tanış olduğunu deyən səfir HaydrunTempel İKT sahəsinin respublika prezidenti tərəfindən prioritet istiqamət elan edilməsini, Azərbaycanın regional və qlobal layihələrin təşəbbüskarı olmasını məmnunluqla qarşılayıb. Almaniya iqtisadiyyatının inkişafında İKT sahəsinin mühüm rol oynadığını bildirən diplomat ölkələrimiz arasında təcrübə mübadiləsinin təmin edilməsində səfirliyin hər zaman hazır olduğunu diqqətə çatdıraraq, alman şirkətlərinin Azərbaycan bazarına artan marağından söz açıb.

Nazir də öz növbəsində diplomatik fəaliyyəti müddətində səfir HaydrunTempelinAlmaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən İKT sahəsində daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini, bu münasibətlərin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm