Azərbaycan Gömrüyü Avropa Oyunlarında gücləndirilmiş rejimdə işləyəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Gömrüyü Avropa Oyunlarında gücləndirilmiş rejimdə işləyəcək

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları I Avropa Oyunlarının keçiriləcəyi dövrdə gücləndirilmiş iş rejimində işləyəcəklər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə əsasən, bununla əlaqədar gömrük işçiləri üçün yerlərdə xüsusi təlimlər keçirilir: "Hazırda əsas iş Avropa Oyunları çərçivəsində Azərbaycana gələn vətəndaşların yüklərinin və ölkəyə daxil olan yüklərin vaxtında rəsmilşdirilməsi üzrə aparılır. Qeyd etmək istərdim ki, yüklərin sənədləşdirilməsi demək olar başa çatıb, bütün yüklər Azərbaycana uğurla çatdırılıb".

A.Əliyev ölkəyə gələn şəxslərin məlumatlandırılmasına yönəlmiş tədbirlər barədə də danışıb: "Biz ölkəmizdə qüvvədə olan gömrük qaydalarından ibarət xüsusi yaddaş kitabçasını yaratdıq və xaricdən gələn vətəndaşların Azərbaycanın gömrük qaydaları ilə tanış olması üçün onları müvafiq orqanlara təqdim etmişik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm