Türkiyədə daha bir azərbaycanlı deputatlığa namizəd oldu
Bizi izləyin

Qırmızı.az

Türkiyədə daha bir azərbaycanlı deputatlığa namizəd oldu

Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyi rəhbərinin deputatlığa namizədliyi irəli sürülüb.

Diasporla iş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, əslən azərbaycanlı olan Səfər Qaraqoyunlu Milliyətçi Hərəkat Partiyasının deputatlığa namizədləri siyahısına daxil edilib. Səfər Qaraqoyunlu MHP-nin İğdır bölgəsi üzrə siyahısında ikinci yerdədir. Onun namizədliyi deputatlıq iddiası olan 11 nəfər partiya üzvü arasından seçilib. MHP-nin namizədlər siyahısı aprel ayının 7-də Yüksək Seçim Kuruluna təqdim olunub.

Qeyd edək ki, Səfər Qaraqoyunlu 1963-cü ildə Türkiyənin İğdır bölgəsinin Qaraqoyunlu ilçəsində doğulub, Anadolu Universitetinin İctimaiyyətlə əlaqələr bölümünü bitirib. Hazırda İstanbulda yaşayan diaspor fəalı 2010-cu ildə İstanbul Türkiyə Azərbaycan Dərnəyini (“İS-TAD”) təsis edərək Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətə başlayıb. Bu illər ərzində S.Qaraqoyunlunun rəhbərlik etdiyi təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və onun nəticələrinin Türkiyə ictimaiyyətinə çatdırılması, həmçinin Azərbaycan mədəniyyəti, incəsənətinə həsr olunmuş onlarla müxtəlif səpkili tədbirlər həyata keçirib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinə seçkilər bu il iyunun 7-də keçiriləcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm