Qırmızı.az
Yəməndən gələn azərbaycanlılar nələr danışdı? - VİDEO
Yəməndən Türkiyə vasitəsilə təxliyyə olunan
azərbaycanlılar bu gün Bakıya dönüblər. İçərilərində 4 uşağın
olduğu iki ailə, o cümlədən bir tələbə əvvəlcə İstanbula, oradan
isə Heydər Əliyev Beynəlxalq Hava Limanına
uçublar.
Yəməndən gələn ailələr ANS-ə müharibənin dəhşəti barədə məlumat
veriblər. Müharibənin ağır fasadları ailədə, xüsusən azyaşlıların
gözündə hiss olunurdu. Ailə başçısı Fuad İmamquliyev bombardıman
zamanı ilk növbədə 4 uşağını və həyat yoldaşını qoruyurmuş.
6 ildir ki, ingilis dili dərsi tədris edən Fuad müəllim
təhlükənin əsasən günün gecə saatlarında olduğunu söyləyir. Dinc
sakinlər üçün sığınacaqlar olmasa da, bomba atılan zaman hərə öz
evinin bir küncündə qorunmağa çalışırmış:
“Döyüşlər əsasən günün gecə saatlarında baş verir. Havanın qaranlıq
və dumanlı olmasına baxmayaraq səslərini aydın bir şəkidə
eşidirdik. Ailəmi qorumaq üçün artımanın və pəncərənin küncündə
saxlanırdıq. Gözləyirdik ki, atışma başa çatsın. Atışma bəzən 2-3
saat davam edir”.
Vəziyyət daha təhlükəli hal alandan sonra azərbacanlılar Sənadan
çıxmağa qərar veriblər. Lakin bu heç də asan başa gəlməyib. Bu işdə
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin Yəməndə
akkreditə olunmuş nümayəndələri köməklik edib. Dəfələrlə təxliyyə
planı dəyişib. Gah onların döyüş gəmisilə, gah da təyyarə ilə
təxliyyə ediləcəyi söylənilib. Son anda Türkiyə vasitəsilə təyyarə
ilə bu iş həyata keçirilib.
“Təxliyyə prosesi uzun bir zaman aldı. Üç dəfə hava limanına gedib
qayıtmışıq. Evdə oturumağımıza baxmayaraq uşaqlara görə çox
qorxurduq. Allaha çox şükür ki, nəhayət gəldik.”, – deyə Yəməndən
gələn azərbaycanlı Şəhla İmamquliyeva bildirdi.
Adil isə Səba universitetinin tələbəsidir. İmtahanlara az
qalmış, Yəməndə ara qarışıb. Təhsil müəssisələri vaxtından əvvəl
bağlanıb.
“Şəhərdə küçə döyüşləri getmirdi. Sadəcə olaraq orada üsyançıların
cəmləşdiyi strateji əhəmiyyətli malik olan nöqtələri vardı.
Döyüşlər də məhz həmin istiqamətdə gedirdi. İmtahanlarımız mayda
olmalı idi. Amma sentyabra kimi təxirə salındı. Vəziyyət düzəlsə,
təhsilimizi davam etdirməyi düşünürük”, – deyə Yəməndə təhsil alan
tələbə Adil İmamquliyev dedi.
Sənadan təxliyyə olunan azərbaycanlılar təhlükəli zonada hələ də həmvətənlilərimizin qaldığını söyləyirlər. Onlardan biri 4 nəfərlik ailə olub ki, qızlardan birinə elə Fuad İmamquliyev təhsil verirmiş. Digər azərbaycanlılar isə Rəhimzadələr ailəsidir. Bakıda yaxınları narahat olsalar da, onların vətənə dönməsini yəmənli ailə başçısı istəmir.
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular