Avtobusdakı qətlin TƏFƏRRÜATLARI
Bizi izləyin

Qırmızı.az

Avtobusdakı qətlin TƏFƏRRÜATLARI

Bakıda avtobusda baş verən qətl hadisənin bəzi təffərüatları bəlli olub.

ANS PRESS-in məlumatına görə, qətlə yetirilən zaman Şəmiyeva Fatmanın yanında təxminən səkkiz yaşlı uşağı da olub.

Ata Məmmədov Namiq Hacı oğlu arvadını uşağın gözləri qarşısında bıçaqlayaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. İlkin ehtimala görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.

Xatırladaq ki, hadisə 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda baş verib. Xırdalan şəhərindən Bakıya gələn avtobusda ər arvadını bıçaqlayıb. Avtobus "Şamaxinka" adlanan ərazidə dayanıb və hadisəni törədən Məmmədov Namiq Hacı oğlu hadisə yerindən qaçıb. Bıçaqlanan qadın isə Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, qətlə yetirilən 1968-ci il təvəlllüdlü Şəmiyeva Fatma Məhəmməd qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm