Qırmızı.az
Rüşvətxor məmur qadın həbs edildi - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 saylı
Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanın
qanunsuz əməlləri barədə Biləsuvar və Cəlilabad rayon sakinlərindən
daxil olmuş müraciətlər Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, məhkəmənin
müvafiq qərarı əsasında həyata keçirilmiş əməliyyat tədbirləri
nəticəsində X.Ağayevanın, Masallı rayon sakinindən bacısına əlillik
dərəcəsinin təyin edilməsi üçün 600 manat tələb etməsi və həmin
pulun 500 manatını 2015-ci il martın 13-də 30 saylı TSEK-in
Cəlilabad rayonunda yerləşən inzibati binasında iş otağında rüşvət
kimi almasında, həmçinin xidməti vəzifəsinin icrası ilə əlaqədar
ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul istəməsi və ya
almasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin
311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan edilib və
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri
seçilib.
X.Ağayevanın iş otağında axtarış zamanı istintaq üçün əhəmiyyət
kəsb edən müxtəlif sənədlər, o cümlədən digər vətəndaşlardan
əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı onların adları və
soyadlarının qarşısında rüşvət kimi aldığı ehtimal edilən
məbləğlərə dair qeydlər aparılmış sənədlər aşkar edilərək maddi
sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Göstərilənlərlə yanaşı X.Ağayevanın korrupsiya hüquqpozmaları
ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinə Biləsuvar və Cəlilabad rayon sakinlərindən daxil olmuş 52
müraciət üzrə zəruri araşdırmalar aparılmaqla qanunamüvafiq
qərarların qəbul edilməsi təmin ediləcəkdir.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı