Mərkəzi Bank antiterror sanksiya siyahısını yeniləyib
Bizi izləyin

Qırmızı.az

Mərkəzi Bank antiterror sanksiya siyahısını yeniləyib

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının “Taliban” Sanksiya Komitəsinin 27 mart 2015-ci il və “Əl-Qaidə” Sanksiya Komitəsinin 31 mart 2015-ci il tarixlərində qəbul edilmiş qərarlarına uyğun olaraq aprelin 6-da Ümumi Siyahını yeniləyib.

Publika.azMaliyyə Monitorinqi Xidmətinin rəsmi saytına istinadən məlumat verir ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm