“Fuad burada problemlə üzləşməyib” – uşaq evinin rəhbərliyindən AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Fuad burada problemlə üzləşməyib” – uşaq evinin rəhbərliyindən AÇIQLAMA

“2 saylı uşaq evindən qaçan Fuad Etibar oğlu heç bir problemlə üzləşməyib. Bunu Fuadın anası da dedi. Bildirdi ki, övladı uşaq evində hər hansı xoşagəlməz halla üzləşməyib. O, uşağının bu addımı ilə bağlı mətbuata açıqlama verməkdən imtina etdi. Fuadın anası danışmaqdan qəti şəkildə boyun qaçırdı. Bu məsələdə 2 saylı uşaq evinin heç bir günahı yoxdur”.

Suraxanı rayonu, Yeni Günəşli “D” massivində yerləşən 2 saylı uşaq evinin direktor müavini Publika.az-a açıqlamasında 2004-cü il təvəllüdlü Fuad Etibar oğlunun uşaq evindən qaçmasının səbəblərinə aydınlıq gətirərkən belə deyib.

“Bu məsələdə ciddi bir şey yoxdur. Fuad uşaq evini heç bir problem olmadan tərk edib”.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Fuad Etibar oğlu Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evindən qaçıb və geri qayıtmayıb. Araşdırmalar zamanı, uşağın anasının yanına getdiyi bəlli olub. Əməliyyat işçiləri Fuadı öz evlərinin həyətində tapıblar. O, uşaq evinə qayıtmaq istəmədiyini deyib. Anası da ərizə yazaraq Fuadı uşaq evindən çıxarıb və bundan sonra özü ilə saxlayacağını bildirib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm