NİİM qərargah seçildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

NİİM qərargah seçildi - FOTOLAR

Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov və Bakı-2015 Avropa Oyunlarının Əməliyyat komitəsinin müdiri Panayotis Protopsaltis Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində NİİM-in baş direktoru Elnur Abdullayevlə görüşüblər.

NİİM-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə həmçinin Nəqliyyat Nazirliyinin Nəqliyyat və infrastrukturun inkişafı şöbəsinin müdiri İsmayıl Kərimov, nazirliyin Nəqliyyat və infrastrukturun inkişafı şöbəsinin sektor müdiri Ramin Bayramov, Dövlət Yol Polisinin nümayəndəsi Talıb Qasımov, Bakı Metropoliteninin nümayəndəsi Etibar İsayev, “Azəryolservis” ASC-nın nümayəndəsi Hidayət Rüstəmov, “Baku Bus” şirkətinin nümayəndəsi, Avropa Oyunlarının Əməliyyat Komitəsinin Dövlət qurumları ilə əlaqə idarəsinin rəisi və digər şəxslər iştirak ediblər.

İclasda Bakı-2015 Avropa Oyunları çərçivəsində Avropa Oyunlarının İdarəedilməsi Strukturu, Əməliyyat Mərhələləri, Nəqliyyat Koordinasiya Mərkəzinin Gündəlik Fəaliyyəti, hazırlıq prosesinin son mərhələləri ilə bağlı məsələlər müzakirə olunub.

Nəqliyyat Nazirinin müavini Musa Pənahov ölkəmizdə keçiriləcək Bakı-2015 Avropa Oyunları haqqında danışıb.

Qeyd edək ki, Avropa Oyunları zamanı Nəqliyyat məsələləri üzrə qərargah Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi seçilib. NİİM-də artıq oyunların keçirilməsi zamanı nəqliyyat məsələlərini tənzimləyəcək tədbirlər planı hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm