Tanınmış cərrahın evindən oğurluq edən tutuldu
Bizi izləyin

Qırmızı.az

Tanınmış cərrahın evindən oğurluq edən tutuldu

Bakıda həkimin mənzilindən pul və qızıl oğurlayan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlanıb.

Xətai RPİ 37-ci PB, Lənkəran ŞRPŞ və Astara RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı oğurluq etmiş Astara rayon sakini Elvin Əliyev tutulub. Cinayət əməlinin iştirakçısı olan Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.

Evindən oğurluq edilən Kazımi Mircəlal cərrahdır. O, Mərkəzi Neftçilər Xəstəxanasında işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm