İşə bu geyimdə gəlmək olmaz – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İşə bu geyimdə gəlmək olmaz – FOTOLAR

“Azəriqaz" İstehsalat Birliyində "İşgüzar geyim qaydaları" ilə bağlı təlimatın fotoları sosial şəbəkələrdə yayılıb.

Publika.az milli.az-a istinadən xəbər verir ki, qaydalar "Tövsiyə olunan geyim və saç düzümü formaları" ilə "Tövsiyə olunmayanlar"a bölünür. Fotoların Nəsimi Rayon Qaz İstismar İdarəsinin inzibati binasında çəkildiyi iddia olunur.

"Azəriqaz" əməkdaşlarından biri saytla söhbətində "dress-kod" qaydalarının mövcudluğunu təsdiqlədi. "Bu, yeni məsələ deyil ki?! Ötən ilin yayında İstehsalat Birliyində əməkdaşlar üçün tövsiyə olunan işgüzar geyim qaydaları barədə təlimat verilib. İndi "Qaynar xətt" əməkdaşlarına xüsusi uniformalar hazırlanır. Bu gün əməkdaşların bədən ölçüləri götürüləcək. İşgüzar geyim qaydaları bütün böyük şirkətlərdə və qurumlarda var. Qərbdə buna "dress-kod" deyirlər, biz də tətbiq edirik", - "Azəriqaz" əməkdaşı söylədi.

Xatırladaq ki, MDB məkanındakı qazpaylama və hasilat şirkətləri arasında ilk olaraq Rusiyanın "Qazprom" konserni əməkdaşları üçün "İşgüzar geyim qaydaları"nı tətbiq edib.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm