• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakı Bulvarı Avropa Oyunlarına hazırlaşır

Bakı Bulvarı Avropa Oyunlarına hazırlaşır

Bakı bulvarının ərazisinin Bayraq Meydanından 20-ci sahəyə qədər 3 km, Dəniz Vağzalından Nobel prospekti istiqamətində isə daha 2 km uzadılması nəzərdə tutulur.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

“Bulvar ərazisinin İdman Sarayından Bayraq Meydanına qədər olan genişlənmiş 2 km ərazisi Bulvar İdarəsinə verilib. Amma Bayraq Meydanından 20-ci sahəyə qədər genişləndirilməsi nəzərdə tutulan ərazinin nə zaman istifadəyə veriləcəyini deyə bilmərəm”.

N.Məcidov deyib ki, Bakıda keçiriləcək Avropa Oyunları zamanı bulvar ərazisində üç yerdə - Bakı İdman Sarayında, "Crystal Hall" İdman Konsert Kompleksi və Su Oyunları İdman Salonunda yarışlar keçirildiyinə görə, bulvara həmin dövrdə gələcək insanların, xüsusilə xarici qonaqların da sayı artacaq. Bununla əlaqədar bulvarın mühafizə xidmətinin əməkdaşları üçün ingilis dilinin öyrənilməsi məqsədi ilə kurslar təşkil edilib: “Hazırda həm də bulvar ərazisindəki POS-terminalların fəaliyyəti yenidən yoxlanılır ki, xarici vətəndaşlar öz kartları ilə rahat alış-veriş edə bilsinlər. Bulvarda "Wi-Fi" internet şəbəkəsinin genişləndirilməsi üçün də işlər aparılır. Avropa Oyunları dövründə tam bulvar ərazisində olmasa da, əksər hissələrdə, xüsusilə oyunların keçirildiyi ərazilərdə, əsas istirahət mərkəzlərində "Wi-Fi" olacaq. Hazırda bu yerlərin 70-80 faizində "Wi-Fi" var. Oyunlara qədər bunu 100 faiz etməyi nəzərdə tuturuq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR