Gəncədə qız qaçırılıb
Bizi izləyin

Qırmızı.az

Gəncədə qız qaçırılıb

Bu gün Gəncə şəhəri Kəpəz rayonunda “ASAN”xidmətin qarşısında 18 yaşlı qız qaçırılıb. Qızı qaçıran şəxsin ailəyə qohum olduğu bildirilir.

Kəpəz rayon polis idarəsindən Publika.az-a verilən məlumata görə, qız evlənmək məqsədilə qaçırılıb. İlkin araşdırmaya görə, onu qaçıran şəxs qızla ailə qurmaq istəsə də atası razı deyil. Həmin şəxs qızın anasının qohumudur. Anası ilkin ifadəsində özünün və qızının bu izdivaca razı olduğunu deyib.

İdarədən bildirdilər ki, qızı qaçıran şəxs polis tərəfindən axtarılır. Qızın 18 yaşı tamam olduğuna görə, öz razılığı ilə qaçdığını desə, o zaman heç bir tədbir görülə bilməz. Şikayətçi olsa, oğlanı Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə əsasən beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm