Əli Həsənov: “Ermənistan 4 yerdən idarə olunur”
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov: “Ermənistan 4 yerdən idarə olunur”

“Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə uzun müddətdir müxtəlif istiqamətlərdə, o cümlədən terrorizmə, insan alverinə qarşı mübarizədə cəmiyyətin demokratikləşməsi, tolerantlıqla bağlı səmərəli əməkdaşlıq edir. Hesab edirik ki, bu əməkdaşlıq yüksək səviyyədədir”.

Publika.az-ın məlumatına görə, bu fikiri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Link ilə görüşündə səsləndirilib.

Baş nazirin müavini bildirib ki, bugünkü dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır. Bu gün dünyada zorakılıqlar, ədalətsizliklər baş verir, əsassız münaqişələr yaradılır, hər gün minlərlə insan həlak olur. Təbii ki, bunlar insan hüquqlarının qorunmasına da, demokratik prinsiplərin həyata keçirilməsinə də böyük maneələr yaradır. Əgər bütün bunlar baş verirsə cəmiyyətdə necə demokratik prinsipləri şəffaf formada həyata keçirmək olar? Bu, dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir”.

Əli Həsənov hər il dünyada münaqişə zonalarının, qaçqınların sayının artdığını, güc baxımından zəif ölkələrə müdaxilələrin çoxaldığını qeyd edib. Əgər 30-40 il bundan əvvəl dünyada qaçqınların sayı 15-20 milyon idisə bu gün onların sayı 60 milyona yaxındır. Otuz il bundan əvvəl münaqişə zonaları 30 ölkəni əhatə edirdisə, bu gün bunların sayı 74-dür.

Baş nazirin müavini münaqişənin həlli məsələsi ilə əlaqədar hər zaman ATƏT-i və digər beynəlxalq təşkilatları tənqid etdiyini bildirib:

“Amma tənqid edərkən də münaqişənin həll edilməməsinin sizdən asılı olmadığını da bildirirəm. Bu yaxınlarda Küveytdə Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan GiMun ilə görüşüm oldu. Həmin görüşdə də bildirdim ki, artıq BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrin qəbul edilməsindən 22 il keçib, niyə bu qərarlar icra olunmur?

Baş nazirin müavini bildirib ki, bu gün Ermənistan 4 yerdən idarə olunur - Ermənistanın separatçı rejimi, Eçmiədzin kilsəsi, Amerikanın erməni icması və Rusiya siyasətçiləri tərəfindən. Ona görə də bu, artıq yalnız Ermənistanla Azərbaycanın deyil, bütün dünyanın problemidir.

Deyirlər ki,Azərbaycan və Ermənistan öz aralarında bu problemi həll etsin. Bu, çox səhv fikirdir və mümkün deyil. Ermənistanın hazırkı rejimi Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəlib. Onlar özlərini “qəhrəman” kimi qələmə verdilər, bu gün də fəxrlə dünya ermənilərinə deyirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ona görə də onlar heç vaxt razılığa gəlməzlər”.
Əli Həsənov bildirib ki, Azərbaycan münaqişənin həllini istəyir, müharibənin baş verməsini yox. Beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını müharibə yolu ilə azad etməyə imkan verir. Əgər heç kim hec nə etmirsə Azərbaycan bu hüququndan da istifadə edə bilər. Ancaq Azərbaycan xalqı müharibə istəmir.
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru kimi Azərbaycana ilk dəfə səfər etdiyini bildirən MixaelLink bu səfəri çərçivəsində qaçqın və məcburi köçkünlərin problemləri ilə maraqlanmaq istədiyini söyləyib. Çünki bu məsələ bir başa insan hüquqları ilə bağlıdır. Əgər yüz minlərlə insan öz doğma torpağında yaşaya bilmirsə, bu, insan hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm