• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Güclü külək, yağış, qar - Sabahın hava proqnozu

Güclü külək, yağış, qar - Sabahın hava proqnozu

Sabah Bakıda güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq.

Havanın temperaturunun gecə 4-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Aprelin 11-də Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR