Qırmızı.az
Millət vəkili Mirşahini tənqid etdi
“Mirşahinin verilşindən, sosial şəbəkədəki paylaşımlardan da anladım ki, ölkədə "Həcü başqadü.." deyilən bir "prikol" ictimai həyatımızı işğal edib. Üstəlik də, rastlaşdığım adamlardan da bu "prikol" barədə ağızdolusu bəhsetmələri dinləyəndə "kişi öz arvadının ətini kəsib yeyə bilər" kimi uydurma bir fətvanın bizim cəmiyyətdə niyə belə tez yayıla bildiyinə də təəccüblənmədim”.
Publika.az-ın məlumatına görə, bunu millət vəkili Fazil Mustafa "Facebook" sosial şəbəkəsində yazıb:
"Hətta tanınmış bir jurnalistin də "ərəblərdə adam əti yemək adəti olub, necə ki, Əbu Sufyanın arvadı Hind Vəhşi tərəfindən öldürülmüş Hz. Həmzənin ciyərini yemişdi" sübutuna heç təəccüblənmədim. Hətta belə nəticə çıxarmaq olar ki, ərəblərdə adam yemək imtiyazı İslama qədər qadınlara tanınırdı, İslam gələndən sonra kişilərin bu imtiyazı əldə etməsinə yaşıl işıq yandırıldı.
İndi Azərbaycanda haçansa təhsil almış bir ərəb jurnalisti çıxıb bəyan etsə ki, "bu azərbaycanlıları mən tanıyıram, burada ananın öz oğlunun ətini yeməsi adəti var", yenə də təəccüblənməyəcəyəm. "Dədə Qorqud" filmindəki məşhur epizodu təhrif olunmuş şəkildə "Youtube" qoyur ki, baxın, Şöklü Məliyə əsir düşmüş Tural (Uruz) anası Burla Xatuna deyir ki, "mənim ətimi tikə-tikə doğrayıb bişirəcəklər, hamı bir tikə yesə, sən iki tikə ye!" imperativ təklifi bu azərbaycanlıların babaları olan Oğuz türklərinə aiddir. Adamın ətini bişirən də qıpçaq türküdür. İndi buyur, cavab ver bu ərəbə.
Düşüncəsi, anlayışı, dünyagörüşü "prikollarla" dolu olan cəmiyyətdə arasıra insanları ermənilərin bizə hazırladığı və illərdir göstərdiyi "Qarabağ" "prikol"una baxmağa yönləndirmək lazımdır. Ermənilər təkcə torpağımızı, ətimizi yeməyiblər, beynimizi də yeyiblər. Ona görə də "Həcü başqadü..." deyən "prikol" qəhrəmanı cəmiyyətin nə istədiyini bizlərdən qat-qat yaxşı bilir.
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi