ATV-nin baş redaktoru: “Yalandır”
Bizi izləyin

Qırmızı.az

ATV-nin baş redaktoru: “Yalandır”

Azad Azərbaycan Telekanalının (ATV) xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu telekanalda kütləvi ixtisarlarla bağlı açıqlama verib.

Baş redaktorun Publika.az-a verdiyi məlumata görə, yayılan məlumatlar həqiqətə uyğun deyil: “10 aprel 2015-ci il, səhər saatlarından başlayaraq şirkətimizin elektron ünvanlarına müxtəlif mənbələrdən yerli saytlara istinadən yayılmış xəbərlə bağlı suallar daxil olur. Məsələ ilə bağlı məlumatı yayan saytlardakı həmkarlarımıza istnad etdiyi mənbəyə müraciət etməyi məsləhət bilirik. Əgər saytlar “mənbə”dən məlumatı əldə etdikdən sonra informasiyanı dəqiqləşdirmək üçün ATV-yə müraciət etmədən bu xəbəri dərc edibsə, bu məlumatın dəqiqləşdirilməsi məsuliyyəti də sözügedən mənbənin və saytların üzərinə düşür. Öz növbəmizdə, həmkarlarımızı dəqiqləşdirilməmiş məlumatları yerləşdirmədən öncə qanunvericiliyin normalarını və fəaliyyətdə olan bu və ya digər təşkilatın ictimai nüfuzuna vura biləcəkləri zərbənin nəticələrini nəzərə almağa çağırırıq. Bir daha diqqətə çatdırırıq ki, bilərəkdən şişirdilmiş formada yayılmış bu informasiyanın heç bir əsası yoxdur”.

Qeyd edək ki, bu gün bəzi saytlar ATV-də kütləvi ixtisarların olduğu və 100-ə yaxın işçinin məcburi şəkildə ərizə yazdırılaraq ixtisar edilməsilə bağlı xəbər yayıb. İxtisar olunanların əksəriyyətinin isə qadınlar olduğu bildirilirdi. Yayılan məlumatda həmçinin kanalın İstanbul və Moskva nümayəndəliyinin ləğv edildiyi, oradakı müxbirlərinsə işinə xitam verildiyi xəbər verilmişdi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm