“102” xidməti ingilisdillilərin sayını artırır
Bizi izləyin

Qırmızı.az

“102” xidməti ingilisdillilərin sayını artırır

Birinci Avropa Oyunlarında Daxili İşlər Nazirliyi “102” xidmət zəng mərkəzi gücləndirilmiş iş rejimində işləyəcək. Daha bir yenilik dispetçer mərkəzindəki əməkdaşların dil kurslarına cəlb edilməsidir.

DİN-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, artıq müəyyən səviyyədə dil bilgisi olan əməkdaşlar bu kurslar cəlb edilib.

“Əsas diqqət yetirilən məqam əməkdaşların terminləri bilməsidir. Əvvəlki təcrübələrə əsasən deyə bilərik ki, əcnəbilərin əsas müraciətləri oğurluq, döymə, yol-nəqliyyat hadisəsi ilə bağlı olur. Bundan başqa, xaricilərin sürətli danışığını nəzərə alıb, əməkdaşlarımızın dinləmə qabiliyyətləri üzərində daha çox iş aparılır. 12 əməkdaş ingilis dili kurslarına cəlb olunub. “102” xidmət-zəng mərkəzinin bundan əvvəl keçirilən beynəlxalq tədbirlərdən təcrübəsi var. Məsələn, “Evrovision” ərəfəsində də əcnəbilərin zəngləri gözlədiyimizdən çox oldu. Əsas müraciətlər əşyaların itməsi ilə, həmçinin yol-nəqliyyat hadisələri ilə bağlı da müraciətlər olmuşdu”.

Bundan başqa, Avropa Oyunları ərəfəsində “102” xidmət zəng mərkəzinə əlavə əməkdaşlar da cəlb ediləcək. Xüsusən günorta saatlarında zənglər daha çox olduğundan gecə növbəsindən 2 əməkdaş gündüz növbəsinə keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm