Bakıda dəhşətli yanğın: Doqquzmərtəbəli bina tam yanır - VİDEO/FOTO (YENİLƏNİB-5)
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşətli yanğın: Doqquzmərtəbəli bina tam yanır - VİDEO/FOTO (YENİLƏNİB-5)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb. Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb.

Xudiyevin sözlərinə görə, yanğınsöndürənlər 3 nəfəri xilas ediblər. Onlara ilkin tibbi yardım göstərilib.

Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov binada 107 mənzil olduğunu bildirib. Onun sözlərinə görə, binada 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq.

İcra başçısı deyib ki, sakinlərdən bəziləri yaxın qohumlarının evində gecələyəcəklər. Qalmağa yeri olmayanlar isə yerlə təmin olunacaqlar.

21:46

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, artıq yanğının qarşısı alınıb. Hadisədən zərər çəkənlər və yanğının səbəbləri barədə hələlik heç bir məlumat verilmir.

21:14

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, Nobel prospektinin Zığ şosesi ilə kəsişməsində, "Nargilə" kafesinin arxasında yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həmin istiqamətlərdə (Ramiz Quliyev küç., Zığ şos., Nobel pr.) sıxlıq yaranıb.

Sürücülərdən xahiş olunur ki, Heydər Əliyev və ya Babək prospektləri ilə hərəkət etsinlər.

21:00

Publika.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.Məlumatda deyilir ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat verilecek

18:50

"Nargilə" kafesinin yaxınlığında yerləşən binalardan birində güclü yanğı baş verib.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakının Nobel prospektində yerləşən həmin binanı tamamilə alov alib.

Hazırda yanğın davam edir və etrafa zəhərli tüstü yayılır.

Yanğınsöndürmə briqadaları bunanın söndürülməsinə cəlb olunublar.

Yanğının əhatə dairəsi həddindən artıq geniş olduğundan və güclü külək əsdiyindən yanğını söndürmək çətinlik törədir.

Xətai rayonu, Nobel prospektində "Nargilə" kafesinin yanxınlığında yerləşən həmin yaşayış binasının sakinləri artıq təxliyə olunublar.

Nobel prospektində, "Nargilə" kafesinin yaxınlığındakı yaşayış binasında güclü yanğın başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm