Qızları 4-cü sinifdən məktəbdən çıxarırlar,13 yaşında nişanlayırlar - Şamaxıda
Bizi izləyin

Qırmızı.az

Qızları 4-cü sinifdən məktəbdən çıxarırlar,13 yaşında nişanlayırlar - Şamaxıda

Azərbaycanın Şamaxı rayonunun bəzi kəndlərində qızlar 4-cü sinifdən məktəbdən çıxarılaraq nişanlanır.

Bu məlumatı Movqe.az-a Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizova bildirib ki, artıq Şamaxının bəzi kəndlərində qızların təhsildən yayındırılaraq erkən nikaha cəlb edilməsi faktları var:

"Bizə rayondakı QHT-lərdən verilən məlumatlara görə, qızlar 4-cü sinifdə məktəbdən çıxarılır, 13 yaşında nişanlanır. 15 yaşında da ərə verilir. Bu pis tendensiya davam etməkdədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm