Sakinlər Bakıdakı yanğının təfərrüatlarını danışdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Sakinlər Bakıdakı yanğının təfərrüatlarını danışdı - VİDEO

“Evim-eşiyim yandı, evdən bir çöp belə olsun çıxara bilmədim. Yanğın baş verən zaman hamı kimi mən də mənzildə idim. Yanğın ani olaraq baş verdi və bütün binanı cənginə aldı”.

Bu sözləri ANS-ə Bakının Xətai rayonunda yanan binanın sakini Habil İsmayılov deyib. Bina sakini Fərrux Səmədov isə deyib ki, yanğın məhz burada çalışan fəhlələrin səhlənkarlığı nəticəsində baş verib:

“Fəhlələr elektirik naqillərini nəzarətsiz qoyub gedirlər. Buna bir kimsə nəzarət etmir. Bir neçə gün olar ki, evi təmir etdirmişdim. Sırağa gün isə evimə köçmüşəm”.

Qeyd edək ki, Zığ yolu şossesi, 16 ünvanında yerləşən 9 mərtəbəli, bir girişli yaşayış binası axşam saatlarında güclü alovlara qərq olub. Həmin binanın vaxtı ilə yataqxana olduğu, sonradan sakinlər tərəfindən özəlləşdirildiyi bildirilir. Hadisə yerinə tez bir zamanda FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri, yanğın söndürən maşınları cəlb olunub. Binada yaşayan sakinlər təxliyə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm