Rektorun döyülən qızının klipi yayıldı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Rektorun döyülən qızının klipi yayıldı - VİDEO

Rektorun döyülən və bir aydır gündəmdən düşməyən qızının hər gün yeni işi meydana çıxır.

Axar.az-a məlum olub ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı qızı Ülkər İsayeva ilə birlikdə illər əvvəl klipə çəkilib.

Klipdə müğənni İlqar Muradov “Sadəcə sevdim səni” nəğməsini ifa edir. Kadrlarda isə rektor, qızı Ülkər, məşhur "Əhməd haradadır" filmində sürücü Əhməd rolunda çəkilmiş aktyor Elxan Qasımovun oğlu, mərhum rejissor Samir Qasımov iştirak edir.

Klip elə S.Qasımov tərəfindən çəkilib. Samirlə Ülkər klipdə qəhrəmanlar kimi təqdim olunur.

Azxeberlenti.com saytı isə yazıb ki, Samirlə Ülkər arasında vaxtilə sevgi münasibətləri olub. Sayt iddia edir ki, mahnı da məhz bu sevgiyə həsr olunub. Sonradan Samir faciəvi şəkildə yol qəzasında həyatını itirib, Ülkər isə Amerikaya yaşamağa gedib.

Ülkər Amerikaya gedib, daha sonra ailə qurub, bir müddət sonra boşanıb, atasının rəhbəri olduğu ali məktəbdə psixologiya və fəlsəfə üzrə mühazirələrlə çıxış edib. Həyat öz axarı ilə davam edib. Nəhayət, yalnız bu ilin martında başına gələn hadisədən sonra İsayeva ictimai diqqət mərkəzində olub.

Söhbət rektor qızının martın 8-dən 9-na keçən gecə, saat 04 radələrində əvvəlcədən tanıdığı şəxslər tərəfindən küçədə döyülməsindən və hadisənin video görüntülərinin yayılmasından gedir.

Onu döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. H.İsaxanlı video kadrlarda döyülən qızın onun övladı yox, Katya adlı bir tanışı olduğunu iddia edir. Katya isə hələlik ortada yoxdur.

Sözügedən klipi oxuculara təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm