Bakıda su borusu partladı, binanın zirzəmisini su basdı
Bizi izləyin

Qırmızı.az

Bakıda su borusu partladı, binanın zirzəmisini su basdı

Bakının Binəqədi rayonu ərazisində su borusu partlayıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,“112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda magistral su kəmərinin partlaması nəticəsində çoxmənzilli yaşayış binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolub.

Həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxmaq iqtidarında olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin qapısını açıb və vətəndaşı xilas ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm