Qırmızı.az
Leyla Əliyevanın iştirakı ilə Mixail Qusmanın kitabının təqdimat mərasimi keçirilib - FOTO
Moskvada TASS agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusmanın “Formula vlasti...və daha 65 müsahibə” kitabının 3-cü cildinin təqdimat mərasimi keçirilib. Kitabda Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə də dərc edilib.
Publika.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata
görə, Rusiya Xarici İşlər Nazirliyində keçirilən təqdimat
mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva,
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Prezidentinin
köməkçisi İqor Levitin, Moskva Dövlət Beynəxlaq Əlaqələr
Universitetinin (MQİMO) rektoru Anatoli Torkunov, TASS agentliyinin
baş direktoru Sergey Mixaylov, Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu və bu ölkədə akkreditə olunmuş digər səfirlər, habelə
siyasətçilər, deputatlar iştirak ediblər.
Mərasimdə çıxış edən Sergey Lavrov bildirib ki, “Formula vlasti”
layihəsi Rusiyanın həqiqi mövqeyini, bütün dövlətlərlə
bərabərhüquqlu əməkdaşlıq etdiyini açıb göstərməyə kömək edir.
Nazir bu ilin payızında “Formula vlasti” layihəsinin işıq üzü
görməsindən 15 il keçdiyini xatırladaraq deyib: “Dünyada elə
ölkələr var ki, orada bu layihə baş tutmayıb. Bu, BMT üzvü olan
20-dən çox ölkədir. Əgər hesab etsək ki, BMT üzvü olmayan ölkələr
də var, onda əminəm ki, “Formula vlasti”nin dorduncü cildini də
hazırlamaq olar”.
TASS agentliyinin baş direktoru Sergey Mixaylov isə çıxışında bu
layihənin agentlik üçün çox önəmli olduğunu vurğulayıb: “Formula
vlasti” layihəsi yer kürəsinin bütün oval, kvadrat, kubik və digər
kabinetlərini TASS üçün açır ki, daha sonra oradan məlumat alsın və
TASS xəbər yayımlamaqda birinci olsun”.
Daha sonra MQİMO-nun rektoru Anatoli Torkunov, ABŞ-ın səfiri Con
Teft, Almaniyanın səfiri Ryudiger Fon Friç çıxış ediblər.
“XXI əsrdə öz yerini tutmuş lider elə də çox deyil, lakin
onların arxasında böyük və ya kiçik ölkə, onun təkrarolunmaz xalqı
dayanır. Mənim üçün başlıcası budur ki, bütün bu insanlar Rusiyaya
hörmət və rəğbət ifadə ediblər. Ölkəmizin ünvanına xoş və hərarətli
sözlər səsləndiriblər. Yəqin ki, bu, bizim işimizin ən vacib
yekunudur”,- deyə Mixail Qusman qeyd edib.
“Formula vlasti” kitabının üçüncü cildinə dünya liderləri ilə 65
müsahibə daxil edilib. Mixail Qusman həmin müsahibələri
2010-2014-cü illər ərzində yazıb. Üçüncü cilddə Azərbaycan
Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, Yaponiyanın
Baş naziri Sindzo Abe, Braziliya Prezidenti Dilma Roussef,
Danimarka Kralı II Marqret və digər dövlət başçıları ilə
müsahibələr dərc olunub.
“Formula vlasti...daha 65 müsahibə” kitabının Prezident İlham Əliyevlə müsahibənin təqdimatında müəllif yazır ki, Azərbaycan müsəlman Şərqində parlament yaradan və qadınlara səsvermə hüququ verən ilk demokratik respublikadır. Kitabın həmin hissəsində Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatının 300 faiz artdığı, ölkədə yüzminlərlə iş yerin açıldığı qeyd olunub.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?