Bu layihədə 7-11-ci sinif şagirdləri iştirak edə bilər
Bizi izləyin

Qırmızı.az

Bu layihədə 7-11-ci sinif şagirdləri iştirak edə bilər

“İstedadların hazırlığı laboratoriyası” layihəsinin aprelin 12, 19 və 26-da saat 12.00-dan - 15.00-dək lll Respublika olimpiadası çərçivəsində müvafiq olaraq l, ll və lll on-line mərhələlər keçiriləcək.

Publika.az xəbər verir ki, “İstedadların hazırlığı laboratoriyası” çərçivəsində lll Respublika Olimpiadasının iştirak etmək istəyən 7-11-ci sinif şagirdləri www.istedad.az saytında qeydiyyatdan keçərək online mərhələlərdə iştirak edə bilərlər.

Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir.

Xatırladaq ki, 2013-cü ilin yanvardan etibarən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə “İstedadların hazırlığı laboratoriyası” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, elm və texnika sahəsində istedadlı gəncləri üzə çıxarmaqdır. Həmçinin müxtəlif beynəlxalq müsabiqələrdə azərbaycanlı gənclərin daha uğurlu iştirakını təmin etmək üçün təşkil olunur.

Layihə çərçivəsində iştirakçıların seçiminin online olimpiadalar vasitəsilə aparılması nəzərdə tutulur.

2013 və 2014-cü illərdə 2400 nəfərdən artıq şagird “İstedadların hazırlığı laboratoriyası”da iştirak edib. 2015-ci ilin aprelin 1-dən 8-dək 700-dək şagird qeydiyyatdan keçib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm