Sabah imtahandır
Bizi izləyin

Qırmızı.az

Sabah imtahandır

TQDK ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 12-də növbəti sınaq imtahanı keçirəcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, abituriyentlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

Qurum xəbərdarlıq edir ki, başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər də imtahan binasına buraxılmayacaqlar.

Xatırladaq ki, TQDK ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ilk sınaq imtahanını aprelin 5-də keçirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm