Məşhur reper narkotik üstündə tutuldu
Bizi izləyin

Qırmızı.az

Məşhur reper narkotik üstündə tutuldu

Amerikalı məşhur reper Nelli (Nelly) dünən gecə Tenessi ştatında həbs olunub.

Publika.az xəbər verir ki, reper marixuanadan istifadə etməkdə ittiham olunur. Bu barədə ştat polisi məlumat yayıb. Bundan başqa, məşhur reperi aparan avtobusda gizli silah-sursat da aşkarlanıb.

Nelli qastrol səfərinə yollanarkən avtobusun üzərində Nəqliyyat Nazirliyinin müvafiq nişanı olmadığı üçün polis tərəfindən saxlanılıb və necə deyərlər, ABŞ polisi bir gülləylə iki dovşan vurub. Yoxlama zamanı avtobusun salonunda marixuananın qoxusunu hiss edən polislər axtarış aparmağa başlayıb.

Nelli 4 Qremmi mükafatının sahibidir və “Billboard” jurnalının artistlər üçün tərtib etdiyi reytinqdə 21-ci əsrin ilk dekadası üzrə 3-cü yerdədir. Onun ifası hip-hopun caz forması kimi təqdim olunur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm