Ot alovlandı, 100 ev yandı
Bizi izləyin

Qırmızı.az

Ot alovlandı, 100 ev yandı

Rusiya Federasiyasının tərkibində olan Xakasiya Respublikasında baş verən yanğın nəticəsində 100-dən çox ev yanıb.

Publika.az xəbər verir ki, bunu operativ qərargah nümayəndəsi öz açıqlamasında deyib. Yanan evlərin Xakasiya Respublikasının 16 məskunlaşmış məntəqəsində yerləşdiyi bildirilib.

Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Viktor Yatsutsenko yanğın haqqında açıqlama verib. O, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vladimir Puçkovun çağırdığı təcili yığıncaqda 15 nəfərin xəsarət aldığını, onlardan ikisinin vəziyyətinin ağır olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm