Həsən Həsənov yad edildi
Bizi izləyin

Qırmızı.az

Həsən Həsənov yad edildi

Bu gün Kəlbəcər rayonunda girov düşərək ermənilər tərəfindən şəhid edilmiş Həsən Həsənovun doğum günü ilə bağlı tədbir keçirilib.

Publika.az axar.az-a istinadən xəbər verir ki, şəhid öncə 20 yanvar dairəsindəki şəhidlər abidəsi önündə, daha sonra isə məzarı başında ailəsi, I Qarabağ müharibəsinin veteranları, dostları, jurnalistlər və ictimai xadimlər tərəfindən anılıb.

Tədbir zamanı şəhidin valideyinləri, ictimai xadimlər onun qəhrəmanlıqlarından bəhs ediblər.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev də iştirak edib.

Xatırladaq ki, Həsən Həsənov 1978-ci aprel ayının 12-də Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. 2014-cü il avqustun 11-də Kəlbəcərdə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə öz doğmalarının məzarını ziyarət edərkən əsir götürülərək şəhid edilib. Şahbaz Quliyev və Dilqəm Əsgərov isə hələ də erməni əsirliyindədir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm