Heyvanxanada dəhşət - Uşaq bəbirin qəfəsinə düşdü
Bizi izləyin

Qırmızı.az

Heyvanxanada dəhşət - Uşaq bəbirin qəfəsinə düşdü

ABŞ-ın Klivlend heyvanxanasında dəhşətli anlar yaşanıb.

Publika.az xəbər verir ki, 2 yaşlı uşaq bəbirin olduğu qəfəsə düşüb. Bu haqda zoopark əməkdaşları özləri bildiriblər.

Lakin uşağın valideynləri təcili tibbi yardım gələnə qədər körpəni hasara alınmış meydançadan çıxara biliblər. Məlumatda həmçinin bildirilib ki, bəbirin uşağa hücum etmək niyyəti yox imiş.

Qəfəsdən çıxarılan uşaq təcili tibbi yardım gələndən sonra xəstəxanaya aparılıb. Bildirilib ki, uşaq yıxılan zaman ayağı zədələnib. Körpə müayinədən və ilkin tibbi yardım alandan sonra növbəti gün evinə buraxılıb.

Qeyd edək ki, bir neçə il əvvəl də buna bənzər hadisə baş vermişdi. Qorillaların qəfəsinə yıxılan uşaq zədələrdən huşunu itirmiş, xilasedicilərin və zoopark işçilərinin köməyilə xilas edilmişdi. Zooparkdakılardan biri isə həmin hadisəni videoya çəkərək paylaşmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm