Bakı sakini qonaq getdiyi ev sahibini bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Bakı sakini qonaq getdiyi ev sahibini bıçaqladı

İsmayıllı rayonunda bıçaqlanma olub. İsmayıllı Rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun mərkəzində baş verib.

Bakı şəhər sakini Təbriz Müslümzadə İsmayıllı rayonuna qonaq gedib. O, qonaq getdiyi evdə Rüstəm Məmmədovu bıçaqlayıb. Onların arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Rüstəm Məmmədov xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin asğır olduğu bildirilir.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Təbriz Müslimzadə tutulub. O, istintaqa verdiyi ifadəsində törədiyi cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm