Ana 5 uşağını amansızlıqla qətlə yetirib
Bizi izləyin

Qırmızı.az

Ana 5 uşağını amansızlıqla qətlə yetirib

Fransanın Ot-Reyn departamentinin Miluz şəhəri yaxınlığındakı Şlerbax yaşayış qəsəbəsində baş verən ailə dramı hamını şoka salıb.

Valideynlər arasında yaranan mübahisə faciəyə səbəb olub. Ana beş uşağını amansızlıqla qətlə yetirib. Həyat yoldaşının ailəni tez-tez tərk etməsindən qəzəblənən qatil ana üç azyaşlı və iki yeniyetmə uşağına saysız-hesabsız bıçaq zərbələri endirərək onların həyatına son qoyub.

Hadisə yerinə gələn polis işçiləri gördükləri mənzərədən dəhşətə gəliblər. Qonşular bu ailədə tez-tez mübahisələrin şahidi olduqlarını bildiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm