Quba və Qusara qar yağır – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Quba və Qusara qar yağır – FOTOLAR

Aprelin 11-dən başlayaraq Quba, Qusar rayonlarının ərazisinə qar yağır.


Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən çox yağıntı Qubanın Nohurdüzü, Qonaqkənd, Qırız, Xınalıq, Qusarın Kuzun və Ləzə kəndlərinə düşüb. Dağlıq ərazilərdə qarın hündürlüyü 10 santimetrdən çoxdur. Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə şaxta qeydə alınıb.


Hazırda Qusar şəhərinə də qar yağır.


Quba Regional Hidrometeorologiya Müəssisəsindən qarlı hava şəraitinin aprelin 14-dək davam edəcəyi bildirilib.


AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm