Temperatur 17 dərəcəyə çatacaq
Bizi izləyin

Qırmızı.az

Temperatur 17 dərəcəyə çatacaq

Azərbaycan ərazisində havanın temperaturu yenidən yüksələcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Hava gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Aprelin 13-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 6-11 isti olacağı gözlənilıir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm