Apteklər nəzarət altına alınır – YOXLAMALAR BAŞLAYIR
Bizi izləyin

Qırmızı.az

Apteklər nəzarət altına alınır – YOXLAMALAR BAŞLAYIR

Ölkədə dərman bazarında süni qiymət artımına son qoyulur.

Axar.az-ın məlumatına görə, Prezident İlham Əliyevin ötən həftəsonu Nazirlər Kabinetinin iclasında ölkənin dərman bazarında hökm sürən vəziyyətdən kəskin narazılığı qurumları hərəkətə gətirib.

Bildirək ki, Rusiya istehsalı olan dərman preparatlarının ölkəyə idxalının azalması, əvəzində Türkiyə, Belçika, Hindistan və digər ölkələrdə istehsal olunan dərmanlar gətirilməsi bazarda süni qiymət artımına yol açıb.

2015-ci ilin əvvəlində Səhiyyə Nazirliyi ölkədə satışı və istifadəsi qadağan olunan dərman növlərini açıqlasa da, bu, satılan dərmanların nə keyfiyyətinə, nə də qiymətinə təsir edib. Bu sahədə özbaşınalıq, ayrı-ayrı firmaların qiymət “azadlığı” vəziyyətin kritik hal almasına səbəb olub.

Buna görə də prezident dərmanların baha satıldığını deyib və səhiyyə nazirinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi tərəfindən 436 seriyada dərman vasitəsinə dair 16 sayda müvafiq sərəncam verilərək qeyd edilən dərman vasitələrinin satışının qadağan olunduğunu açıqlayıb. Bundan başqa 103 aptekdə keçirilən yoxlama nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 1464 qutu, istifadə müddəti bitən 4 qutu dərman preparatı nazirlik tərəfindən aşkar olunaraq müsadirə edilib. Həmçinin, yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olan 19 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb.

Yanvar ayında isə nazirlik yoxlamalarını bir az da genişləndirərək "Murad Farm" MMC-nin fəaliyyətinə son qoyub. Keçirilən yoxlama zamanı aptekdə satışı aparılan və Azərbaycanda dövlət qeydiyyatına alınmayan 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib. Həmçinin yoxlama zamanı aptekdə reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilib. "Muad Farm" MMC-yə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib olunsa da, bu tip apteklərin hazırda fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Ona görə də növbəti araşdırmalar gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm